19 Mart - Çərşənbə axşamı 02:17:53
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Vladimir Putin, “Milli İqtisadi Modelini həyata keçirəcəyik”

BAKIDA “QLOBALLAŞMA VƏ MİLLİ İQTİSADİYYAT: YENİ YANAŞMA” MÖVZUSUNDA II BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Qloballaşma və milli iqtisadiyyat: yeni yanaşma” mövzusunda II beynəlxalq konfrans keçirilir. Tanınmış türk professoru Haydar Başın “Milli iqtisadi model” kitabı üzrə keçirilən konfransda Türkiyə, Rusiya, Almaniya, Qazaxıstan və digər ölkələrin alim və mütəxəssisləri də iştirak edirlər.

Konfransın açılmasından əvvəl iştirakçılar Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ehtiramla ziyarət etmişlər.

ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev konfransı açaraq, ulu öndər Heydər Əliyevin iqtisadi strategiyasının əhəmiyyətini vurğulamış, onun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. O, ölkəmizin son dövrdəki iqtisadi uğurlarını əks etdirən konkret faktlar gətirmişdir.

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə, “Milli iqtisadi model” kitabının müəllifi professor Haydar Baş, ayrı-ayrı ölkələri təmsil edən alimlər qloballaşan dünyada milli iqtisadi modelin əhəmiyyətindən danışmış, Azərbaycan iqtisadiyyatındakı nailiyyətləri yüksək qiymətləndirmişlər.

Sonra məruzələr dinlənilmiş, milli iqtisadi modelin konseptual əsasları, qloballaşma və milli dövlətlərin gələcəyi, iqtisadiyyatda insan amili, davamlı inkişafda dövlətin rolu və digər mövzular üzrə müzakirələr aparılmışdır.

Konfrans martın 26-da başa çatacaqdır.

Mənbə: http://azertag.az/xeber/340471

Prof. Dr. Haydar Baş Rusiya Məclisi Dumada Milli İqtisadi Modelini izah etdi

MİLLİ İQTİSADİ MODEL – BAKI

MİLLİ İQTİSADİ MODEL – BAKI

Facebook-da MİM